“Çölçü” mükafata layiq görüldü

Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən II Noida beynəlxalq film festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

ANS PRESS-in məlumatına görə, mükafat fevralın 14-də Hindistanın Dehli şəhərində təqdim olunacaq.

“Çölçü” bədii filmi indiyədək 27 beynəlxalq kinofestival və forumlarda iştirak edib, dünyanın 5 qitəsini gəzərək bir neçə mükafat və diplomlar alıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur…

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək sayına görə 22 Beynəlxalq kinofestivalı və forumlarda iştirak etmiş priz və diplomlara layiq görülüb. …read more

From:: ANS