Topalovu Məmmədov əvəzləyəcək

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində Veselin Topalov iştirak etməyəcək.

ANS PRESS-in məlumatına görə, bolqarıstanlı qrossmeysetri Rauf Məmmədov əvəzləyəcək.

Sayca ikinci yarışda Məmmədovla yanaşı, dünya çempionu Maqnus Karlsen (Norveç), Fabiano Karauna (İtaliya), Vişvanatan Anand (Hindistan), Aniş Giri (Hollandiya), Uesli So (ABŞ), Vladimir Kramnik (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak edəcəklər.

Qeyd edək ki, turnir aprelin 16-dan 25-dək davam edəcək. …read more

From:: ANS