Qadınlar İŞİD-ə niyə qoşulur?

İŞİD terror qruplaşmasına qoşulan qadınların bu addımı niyə atdığı məlum olub.

ANS PRESS-in məlumatına görə, professor Susanna Skröte qadınların terror təşkilatına qoşulma səbəblərini araşdırıb.

Onun fikrincə İŞİD-in işğalı altında olan torpaqlara gedən qadınların ilk məqsədi “eşq” tapmaqdır.

İŞİD-i dəstəkləyən qadın qrupu “Əl Hansa Briqadaları” tərəfindən edilən müraciətə yazı ilə cavab verən professor terrorçulara qoşulan əcnəbi qadınların 10 faizinin hələ 18 yaşdan balaca olduğunu bildirib.

Almaniyadan İŞİD-ə qatılan gənc qadınların sayının 60-a çatdığı təxmin edilir.

Qeyd edək ki, bu ilin yanvar ayında ərəbcə nəşr olunan müraciətdə İŞİD-ə qatılan qadınlardan təşkil olunmuş “Əl Hansa Briqadaları”nın əsas işinin İŞİD-in nəzarəti altında ərazilərdə qadınların geyindikləri paltarların dinə uyğun olub olmadığına nəzarət etməkdir. …read more

From:: ANS