Türkiyə-Suriya sərhədində gərginlik: 1 ölü, 3 yaralı

Suriya-Türkiyə sərhədində 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən gərginlik yaşanıb.

ANS PRESS-in məlumatına görə, Şanlıurfanın Akçakale mahalında, Suriyadan Türkiyəyə kiçikbaşlı heyvan keçirmək istəyən qaçaqmalçılarla əsgərlər arasında gərginlik yaranıb.

Əsgərlərin atdığı güllələr nəticəsində qaçaqçılardan biri ölüb, biri isə yaralanıb. Hadisə zamanı qaçaqların atdığı daşlar nəticəsində isə 3 əsgər də xəsarət alıb.

Hadisə isə belə olub. Türkiyə sərhədçiləri ölkəyə 2 min kiçikbaşlı heyvanın olduğu sürünün icazəsiz ölkəyə keçirildiyini fərq ediblər. Əsgərlər sərhədin Türkiyə tərəfində sürünün keçirilməsini gözləyən 50 nəfərə sərhəddən uzaqlaşmaq barədə xəbərdarlıq edib. Ancaq onlar bu xəbərdarlığa məhəl qoymayıblar və əsgərlərə daşlarla hücum ediblər.

Hadisə ilə bağlı araşdırmalar başlanılıb. …read more

From:: ANS