Prezidentin sevgilisini “topa tutdular” (FOTO)

Prezident Fransua Ollandın aktrisa Jyuli Qaye ilə münasibətləri Fransada yenidən məhkəmə təhqiqatlarının predmeti olub.

ANS PRESS-in məlumatına görə, bu haqda Fransa mətbuatı demək olar ki, hər gün xəbərlər dərc edir.

Fransanın “Closer” jurnalı Qaye dövlət başçısının qeyri-rəsmi yoldaşı olaraq “birinci xanımın bütün imtiyazlarından istifadə edir” deyə xəbər verib.

Fransa ictimaiyyətinin diqqətini səfərlər zamanı aktrisaya xüsusi mühafizə və onun Yelisey sarayının qarajındakı avtomobillərdən istifadə etməsi cəlb edib. Həm də ən böyük hiddət gətirən fakt bütün bunların qarşılığının dövlət büdcəsindən ödənməsidir.

“Respublikanın prezidenti hər kəslə cinsi münasibətlərə malik ola bilər. Amma Qaye xanım dövlət başçısının rəsmi yoldaşı deyil, buna görə onun xərclərini vergi verənlərin pullarından ödəmək olmaz”, – deyə müxalifət partiyasının nümayəndəsi Sebastyan Yuiq bildirib.

Analoji kəskin reaksiyalar ölkədə bir çoxları tərəfindən eşidilir .

…read more

From:: ANS