İtaliya Senatı müəmmalı qərar verdi

İtaliya senatı Xolokost və başqa soyqırımı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinə səs verib.

ANS PRESS-in “The Local” agentliyinə istinadla verdiyi məlumata görə, qanun layihəsinə 234 senator lehinə səs verib, 8 nəfər bitərəf qalıb, 3 deputat etirazını bildirib. Yeni qanun layihəsinə əsasən, təhrikçiliyə və ya soyqırımı qismən və ya tam inkar edənlər irqi diskriminasiyaya məruz qalacaq, azadlıqdan məhrum etmə cazası ilə 3 illik həbsə atılacaqlar.

Xatırladaq ki, 2011-ci il dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim etmişdilər. Qanun layihəsi qondarma soyqırımı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tuturdu. …read more

From:: ANS