Bizim üçün vacib toplantı

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsini növbəti dəfə boş qoymayıb. O, hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparmaq üçün Vyanada olduğunu yazıb.

ANS PRESS-in məlumatına görə, həmsədr bildirib ki, müzakirələr ATƏT-in Vyana ofisində üzv ölkələrin təmsilçiləri ilə keçiriləcək.

C.Uorlik müzakirələrdən sonra münaqişənin sülh yolu ilə həlli üçün regiona vacib səfər edəcəklərini diqqətə çatdırıb.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik regiona gəlişi bu il fevralın 17-nə planlaşdırılıb. …read more

From:: ANS