Əri Elnarə Abdullayevanı niyə döydü? (FOTO)

Xanındə Elnarə Abdullayevanı həyat yoldaşı onu niyə döydü? Qaynanasının göz yaşına səbəb olan hadisə nə oldu?.

ANS telekanalında yayımlanan “A-dan Z-yə” şousu bu həftə də maraqlı hadisələr və insanlar ilə evinizin qonağı olacaq. ANS PRESS-in məlumatına görə, “Bakı Film”in təqdimatında 14 fevral tarixində saat 22:00-da yayımlanacaq verilişdə nələrin baş verəcəyi hər kəsə maraqlıdır.

Proqramın bu həftəki əsas qonağı məşhur xanəndə Elnarə Abdullayeva olub. Sənətçinin şəxsi həyatı barədə bu günə qədər bilmədiyiniz bir çox məqamlar ortaya çıxacaq.

Həyat yoldaşı, qayınanası və qayınatası onun haqqında bu günə qədər eşitmədiyiniz faktları açıqlayıblar.

Bir müddət öncə aralarında qalmaqal yaşanan Xatirə İslam və xanəndə bu verilişdə üz-üzə gələrək nələrə aydınlıq gətirəcəklər? Aralarındakı qalmaqal daha da alovlanacaq yoxsa söz-söhbətə son qoyulacaq?

Elnar Abdullayeva “Kim isə bunu özünə əksiklik sayırsa, o özü əksikdir” sözlərini kimə ünvanladı?

“A-dan Z-yə” komandası tərəfindən E.Abdullayeva üçün maraqlı sürpriz də hazırlanıb. Elnarənin gözləmədiyi şəxs studiyaya gətirilib. xanəndə tamaşaçılar bu günə qədər görmədiyi performansını təqdim edəcək.

Zaur Nəbioğlunun aparıcısı olduğu proqramda bu və bundan daha maraqlı hadisələr yaşanıb. Bunların hamısını bilmək istəyirsinizsə şənbə günü “A-dan Z-yə”ni qaçırmayın.

…read more

From:: ANS