Ronaldonu satacaqlar

“Real Madrid” ulduz futbolçu Kriştiano Ronaldo ilə yollarını ayıracaq.

ANS PRESS-in məlumatına görə, portuqaliyalının “Atletico Madrid”ə 4-0 məğlub olduqdan sonra özünə doğum günü partisi keçirməsi klub prezidentini qəzəbləndirib.

İspaniyanın “El Confidencial” qəzetinin iddialarına görə, “Real Madrid” prezidenti Florentino Perez ulduz futbolçunu mövsüm sonunda satacaq. Adını söyləmək istəməyən “Real Madrid”li bir səlahiyyətli qəzetə maraqlı açıqlamalar verib:

“Prezidentin gözü açılıb. Ötən həftə Kriştiano Ronaldonun ad günü partisi keçirməsi prezidentin səbrini daşırıb. Ronaldonun yaşı artır və məhz buna görə, prezident onu yüksək bir məbləğə satmaq istəyir”.

“Real Madrid” prezidenti Perez daha əvvəl komandaya gətirdiyi Luis Fiqo, Zinəddin Zidan və Devid Bekham kimi ulduzlardan tək bir qəpik belə qazanmayıb. Klub prezidenti məhz bu səbəbdən Kriştiano Ronaldo mövzusunda eyni səhvə yol vermək istəmir. Perez “Mançester Yunayted”in təklifini dəyərləndirmək qərarına gəlib. …read more

From:: ANS