Bakıda avtobuslar batdı (FOTO)

Bu gecə yağan yağış paytaxt Bakıda ciddi problemlərə yol açıb. ANS PRESS-in məlumatına görə, yağış Bakının bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti iflic edib.

Əsas problemlərdən biri də Bakı-Şamaxı yolunda yaşanıb. Oxucuların ANS PRESS-ə verdikləri məlumata görə, yolun 14-cü km-də yağış sularından nəhəng gölməçələr meydana gəlib.

Nəticədə hərəkət edən sərnişin avtobuslarının hərəkətində problem yaranıb.

Verilən məlumata görə, içi dolu olan 2 avtobus su gölməçəsində batıb.

Xatırladaq ki, bənzər vəziyyət paytaxtın Nərimanov rayonu ərazisindəki “Çerment” körpüsü kimi tanınan yerdə baş verib.

Hadisə şahidləri mənzərənin fotolarını çəkərək ANS PRESS-ə göndəriblər.

…read more

From:: ANS