İŞİD-in pulu kəsilir

Birləşmiş Millətlər Təşkilatı İŞİD qruplaşmasının maliyyə qaynaqlarını məhv etməyə qərar verib.

ANS PRESS-in məlumatına görə, ötən gün Təhlükəsizlik Şurasının iclasında bu məqsədlə yeni qətnamə qəbul olunub. Qətnamədə Suriya və İraqda İŞİD-dən neft alınmasına qarşı qadağa nəzərdə tutulur. Rəsmilər, eyni zamanda, İraq və Suriyanın arxeoloji, tarixi, mədəni, elmi və dini dəyərlərinə aid əşyaları satın almağı qadağan ediblər.

Qətnamə Rusiya nümayəndəliyi tərəfindən təklif olunub.

Sənəddə qeyd olunur ki, İŞİD-in əlində girov olan insanların satın alınması silahlıları daha çox girov tutmağa, insan oğurluğuna təşviq edir. İŞİD silahlıları insan ticarəti ilə maliyyə gücünü artırır.

Amerikanın “Forbes” biznes jurnalına əsasən, İŞİD hazırda dünyanın ən zəngin terrorçu qruplaşmasıdır.

Silahlıların əsas maliyyə qaynağını neftdən əldə olunan gəlirlər təşkil edir. …read more

From:: ANS