Artilleriya işə salındı (VİDEO)

Ötən gün Ukraynanın Luqansk şəhəri atəşə tutulub.

ANS PRESS-in UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, zərbələr şəhərin şərq istiqamətinə endirilib.

Mərmilər “Lutri” trikataj fabrikinə düşərək orada yanğına səbəb olub. Fabrikin ərazisində avtomobil yanıb. Bundan başqa süd zavodu və yaşayış bunalarına da zərər dəyib. Zərbələr nəticəsində 3 nəfər ölüb.

“Kolos” bazarına da mərmilərin düşdüyü deyilir. Burada da ölən və yaralananların olduğu məlumatı var. Zərbələr nəticəsində şəhərin şərq hissənə elektrik verilişi dayanıb.

Qeyd edək ki, Minskdə ötən gün Almaniya, Fransa Ukrayna və Rusiya liderlərinin baş tutan 16 saatlıq görüşündən sonra atəşkəs haqqında razılaşma əldə olunmuşdu.

…read more

From:: ANS