Bu da yeni Pentaqon rəhbəri

Amerika Birləşmiş Ştatları (ABŞ) yeni Pentaqon rəhbərini rəsmən təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, ABŞ Senatı cümə axşamı günü Eşton Karteri ölkənin yeni müdafiə naziri təyin olunmasını təsdiqləyib. O, Pentaqonun rəhbəri postunda Çak Heyqeli əvəzləyəcək.

Senatın 98 üzvü Karterin leyhinə, 5 üzvü isə əleyhinə əss verib.

ABŞ prezidenti barak Obama ötən ili dekabr ayında istefa verən Çak Heygelin əvəzinə 60 yaşlı Karteri namizəd kimi göstərmişdi.

ABŞ müdafiə nazirliyində 2011-2013-cü illərdə Pentaqon rəhbəri köməkçisi kimi işləyən Karter həm Heygel, həm də sələfi Leon Panetta ilə çalışıb. O, Pentaqonda müxtəlif vaxtlarda bir sıra vəzifələrdə olub. …read more

From:: ANS