Şok! Konservdən naməlum məxluq çıxdı (FOTO)

İngiltərədə yemək üçün açdığı konservdən naməlum canlının çıxması istehlakçı qadını dəhşətə gətirib.

ANS PRESS-in məlumatına görə, 28 yaşlı Zoe Butlerin marketdən aldığı konservin içindən iri gözləri olan kiçik bir məxluq çıxıb.

Əvvəl qorxduğunu deyən Butler sonra özünə gələrək gördüyü mənzərənin şəklini çəkib:

“Konservin qapağını açdım və bir qaraltı gördüm. Çəngəllə tərpətdim və mənə baxan bir cüt göz gördüm. O anda çox qorxdum. Təşvişlə konservqutusunu masaya atdım. Sonra özümə gələrək həmin məxluqun şəklini çəkdim” – deyə Zoe Butler bildirib.

…read more

From:: ANS