Azərbaycanda saxta valyuta əməliyyatı (VİDEO)

Şəmkir polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əslən rayonun Dəllər qəsəbəsindən olan hazırda Rusiya Federasiyasının Rostov vilayətində yaşayan 27 yaşlı Ələkbər Aslanov şübhəli şəxs qismində saxlanılıb. Şöbədə onun üzərinə baxış keçirilən zaman ayaqqabısının altında gizlədərək saxladığı xeyli miqdarda Rusiya rublu və Belarus əskinazları aşkar edilərək götürülüb.

Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Məhərrəm Məmmədov deyir ki, onun üzərindən 225 min saxta rus rublu və 42,650 saxta Belarus rublu aşkarlanıb:

“Faktla bağlı tərəfimizdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır. Hazırda onun həmin pulları əldə etmə mənbəyi və istifadə yerləri araşdırılır”.

Saxlanılan Ələkbər Aslanov üzərində aşkarlanan əskinazların saxta olmasından xəbərsiz olduğunu deyib. O, xəbərsiz olduğu halda həmin pulları ayaqqabasının altında gizlətməsinə isə özünə məxsus şəkildə haqq qazandırıb.

“Ticarətlə məşğul oluram. İşimlə əlaqədar olaraq mal vermişəm əvəzində isə pulunu ödəyiblər. Məhz buna görə də pul məndə olub. Sonradan bildim ki, verilən pul saxtadır”.

Saxlanılan Ələkbər Aslanov Rusiya vətəndaşı olsa da, Şəmkir rayonuyla daimi əlaqədə olub. Onun vaxtaşırı doğmalarının yanına gəlib-getdiyi bildirilir.

Faktı Şəmkir polisi araşdırır.

…read more

From:: ANS