3 müsəlmanın dəfninə 6 min adam gəldi (FOTO)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Karolina ştatında öldürülən üç müsəlman tələbənin cənazə mərasiminə minlərlə adam qatılıb.

ANS PRESS-in məlumatına görə, öldürülən tələbələrdən ikisinin valideyni Muhamməd Əbu-Salha övladlarının nifrətə qurban getdiyini bildirib.

Polis ilkin ehtimallara əsasən, cinayətin dini nifrət olmadığını, lakin bu yöndə araşdırma apardıqlarını bəyan edib.

Tələbələrin cənazə mərasimində 6 mindən çox insan iştirak edib. Tələbələr daha sonra Releydəki qəbiristanlıqda dəfn olunublar.

Qətldə günahkar bilinən Kreyq Hiks adlı qonşu haqqında cinayət işi açılıb.

Salhanın iki qızı – 21 yaşlı Yusor və 19 yaşlı Razan ilə 23 yaşlı kürəkəni Deh Şeddi Barakat şərşənbə axşamı günü günortadan sonra Çapel Hilldəki mənzillərində vurularaq öldürülüb.

…read more

From:: ANS