İŞİD-ə “şpion” saldılar

İŞİD terror qruplaşması üzvlərindən birini casusluqda ittiham edib.

ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması 19 yaşlı üzvü Dabik Muhamməd Musallam adlı gəncin MOSSAD-a işlədiyini öyrənib.

Ərəb mənşəli, İsrail vətəndaşı olan gəncin terror qruplaşmasının içinə soxularaq təşkilatın sirlərini, bazalarının yerini və digər əhəmiyyətli məlumatları İsrail hökumətinə – gizli servisə ötürdüyü bildirilir.

Musallamın atası Səidin sözlərinə görə, oğlu bir müddət əvvəl türkiyəyə səyahət edib, daha sonra isə evə zəng vuraraq onu ələ keçirdiklərini söyləyib.

Səid oğlunun İsrail kəşfiyyatına işləməsini inkar edib.

İsrail təhlükəsizlik servisinin nümayəndəsi də Musallamın hansısa tapşırığa cəlb olunmadığını, öz istəyi ilə Suriyaya yola düşərək İŞİD-ə qoşulduğunu iddia edib. …read more

From:: ANS