Bakının bu prospektindən şikayət var (FOTO)

Bakıda fasadın təmiri yarımçıq saxlanılan binada yaşayan sakinlər şikayət edir.

Mətbuat prospekti 60 ünvanında yerləşən 5 mərtəbəli binanın sakini Elnarə Əliyeva ANS PRESS-ə şikayətində yağış sularının evinə dolduğunu bildirdi.

Onun sözlərinə görə, bu gecə yağmaqda olan yağış evinə dolur: “İşləri yarımçıq qoyublar. Evin içinə su damır. Evdə artıq gölməçələr əmələ gəlib. FHN-ə zəng edirəm, deyir bilirik, amma konkret bir iş görmürlər. Heç nə ilə kömək etmirlər. İş icraçısı kömək edəcəyini bildirsə də sonradan telefonuna zəng çatmadı. Acınacaqlı vəziyətdə qalmışıq. Aidiyyatı orqanlara xahiş edirik ki, gəlib işlərini tamamlasınlar”.

Lazımı tədbirlər görülməsi üçün qonşularda bütün müvafiq orqanlara müraciət edib.

…read more

From:: ANS