Bakıda polislər bağbanı döyüblər? (VİDEO)

Xəstaxanada işləyən bağban polislər tərəfindən döyüldüyünü iddia edir.

ANS TV-nin məlumatına görə, Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserində bağban çalışan Bahadur Nurməmməd oğlu deyir ki, özlərini təqdim etməyən polis əməkdaşları iş yoldaşları arasında səbəbsiz yerə onun şərəf və ləyaqətini alçaldıblar. Bu azmış kimi döyərək onu polis bölməsinə də aparıblar. Soruşandakı buna səbəb nə olub? Müsahibim deyir ki, onun iş yoldaşı, yəni xəstəxanda katibə kimi çalışan İndira Yahyayeva polisə şikayət edib.

Xanım şikayətində bildirib ki, Bahadur kişi bağda işlədiyi vaxt ona məxsus “Niva” markalı avtomobilini qəsdən mismarla cızıb. Bu əsassız şikayətdən sonra Bahadur Nurməmməd oğlu polis bölməsinə aparılıb. Sonradan İndira xanım müsahibimi məhkəmyə də verib. Məhkəmə isə xanımın şikayətini tam əsassız sayıb. İndi də Bahadur Nurməmmədoğlu polis əməkdaşlarından onun şərəf və ləyaqətini alçatdıqları üçün üzr istəmələrini tələb edir. Üstəlik müsahibim deyir ki, hüquq-mühafizə orqanı əməkdaşlarının onu döyməsinə dair ekspertiza rəyi də var.

Müsahibimi dinləyib onunla bərabər üz tutduq Maştağa qəsəbəsində yerləşən müalicə ocağına. Sağlamlıq mərkəzindən bizə şifahi olaraq bildirdilər ki, İndira Yahyayeva artıq şikayətini geri götürüb. Yəni necə deyərlər o, bağbandan narazı deyil. Bundan sonra yolumuzu saldıq Sabunçu Rayon Polis Idarəsinin 14-cü polis bölməsindən.

Qurumdan verilən məlumata görə, hadisə avqust ayında baş verib. Və buna görə də iş başında yol verdiyi nöqsanlara görə təhqiqatçı Rauf Əfəndiyev Bakı Şəhər Baş Polis İdarəsinin müvafiq əmrilə intizam məsuliyyətinə cəlb edilib. Bahadur bəyi narazı salan məqamlara gəlincə o, bu qərardan narazıdırsa, məhkəməyə müraciət edə bilər.

…read more

From:: ANS