ABŞ mətbuatı ukraynalıları təhqir etdi (FOTO)

ABŞ-ın “USA Today” qəzeti Ukraynanın Krımsız xəritəsini dərc edib.

ANS PRESS-in “Foreign Policy” jurnalına istinadən verdiyi məlumata görə, xəritə qəzetin fevralın 10-da olan sayında dərc edilib. Jurnalda məqaləyə belə bir cümlə ilə başlanıb: “Qərb Krımın Rusiyaya birləşdirilməsini tanımaqdan imtina etdiyi bir vaxtda dünyanın ən böyük qəzetlərindən biri bunu etdi”.

Hələlik qəzetin nümayəndələri bununla bağlı heç bir açıqlama vermirlər. Buna görə də Ukraynanın xəritəsinin belə yayımlanmasının xüsusi qərar və ya səhv olduğu bilinmir. Bununla belə, qəzetin əsas rəqibləri olan “Wall Street Journal” və “New York Times” Krımı Ukraynanın tərkibində göstəriblər.

Qeyd edək ki, istər Amerika, istərsə də Avropa Birliyi ölkələri Krımda keçirilən referendumu tanımayıblar və Krımı hələ də Ukraynanın bir hissəsi olaraq qəbul edirlər.

…read more

From:: ANS