Millimiz yeni reytinq cədvəlində irəlilədi

FİFA milli komandaların aylıq reytinq cədvəlini açıqlayıb. ANS PRESS-in məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız 5 pillə irəliləyib.

Ötən ayla müqayisədə aktivinə əlavə 7 bal yazdıran millimizin reytinqi 222-dir.

Bu sıçrayış nəticəsində yığmamız “dünya şöhrətli” Aruba, Qvineya Bissau, Filippin, maldiv adalarını arxada qoymağı bacarıb.

Komandamızın Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərinə gəlincə, yalnız Maltanı arxada qoyurlar: 149 -cu pillə və 164 bal.

İtaliya yığması 1112 balla 12-ci pillədə qərarlaşıb. 19-cu yerdəki Xorvatiyanın 945 balı var. Norveç yığması 512 balla 69-cudu. Bolqarıstan skandinaviyalılardan 1 pillə arxada qərarlaşıb. Onların aktivində 506 bal var. …read more

From:: ANS