Kardaşyana Bakı milyonları

“Bizdə internet trafikinin təxminən 50-60 faizini əyləncə saytları tutur”.

Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində informasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu bildirib. Onun sözlərinə görə, əyləncə saytlarına əsasən həddi-buluğa çatmamışlar girirlər: “Yeniyetmələr pornosaytlara, oyun və tanışlıq saytlarına girirlər, onlayn kazinolarda oynayırlar, həm tərbiyələri pozulur, həm də vaxtlarını təhsilə yox, mənasız əyləncələrə sərf edirlər”.

Ekspertin sözlərinə görə, yeniyetmələr bu arzuolunmaz fəaliyyətlə həm evlərdə, həm də internet klublarda məşğul olurlar. “Əksər internet klublar qazancı belə yollarla əldə edirlər. Özünüz fikirləşin, geniş zolaqlı interneti ayda 10 manata əldə etmək mümkün olduğu bir şəraitdə internet klublarda adam əlindən tərpənmək olmur. Düzdür, tanışlıq saytlarına girənlərin içində arvada “çayçıdayam” deyib, internet klublarda virtual eşbazlıqla məşğul olan evli kişilər də var. Amma istifadəçilərin çoxu məktəbli uşaqlardır”, – deyə Cahid İsmayıloğlu vurğulayır.

Ekspertin dediyinə görə, trafikin bu cür məşğul edilməsi dövlətin internet trafiki xərclədiyi on milyonlarla vəsaitin zərərli istiqamətə sərf edilməsi deməkdir. “Rəsmi məlumatlara görə, bizdə trafik pik saatlarında 135 terabayt/saniyəyə qədər yüksəlir. Zərərli saytlara giriş olmasa yüklənməni iki dəfə azaltmaq olardı, bu isə internet istifadəçilərinin sayını əlavə xərc çəkmədən iki dəfə artırmaq olardı”, – deyə Cahid İsmayıloğlu vurğulayır.

Bu isə rabitə sektorunda internet sektorunda əldə ümumi daxili məhsulun (ÜDM) iki dəfə artması deməkdir. Rəsmi məlumatlara görə, hazırda ölkədə 2 milyon internet istifadəçisi var. Buraya stasionar kompüterlər, noutbuklar, planşetlər və smartfonlar daxildir. Trafikin yüklənməsinin iki də azalması daha 2 milyon belə qurğunun internetə bağlanması demək olardı. Bu qürğular ən ucuz geniş zolaqlı tariflə, yəni aylıq 10 manatlıq tariflə internetə qoşularsa, bu, rabitə sektorunun orta hesabla ayda 20 milyon manat, ildə isə 240 milyon manat əlavə qazanc əldə etməsi deməkdir.

Həm də Cahid İsmayıloğlunun dediyindən belə çıxır ki, sərhədsiz internetin evlərə qədər girməsi, həmçinin evində internet olmayan uşaqlar üçün internetklublarda hər cür şəraitin yaradılması Azərbaycanda Qərbin pornosənayesi tərəfindən …read more

From:: ANS