DİN Şahbaz Xuduoğlunun ailə faciəsi ilə bağlı xəbər yaydı

Daxili İşlər Nazirliyi jurnalist Şahbaz Xuduoğlunun ailə faciəsinə səbəb olan qəza ilə bağlı məlumat yayıb. ANS PRESS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 11-də saat 14 radələrində Masallı şəhəri ərazisində Bakı şəhər sakini Rafiq Mustafayev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.

Avtomobildə olan sərnişinlərdən – Bakı şəhər sakini Könül Rüstəmxanlı hadisə yerində ölüb. Digər sərnişin, Abşeron rayon sakini İlahə Əliyeva xəstəxanaya yerləşdirilib.

Masallı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının bacısı, xəsarət alan İlahə Əliyeva isə Şahbaz Xuduoğlunun bacısıdır. …read more

From:: ANS