Lənkəranda uşaqlarda virus aşkarlandı (FOTO)

Ötən gecə Lənkəranın Ürgə kəndində bir ailənin 4 üzvünün halı qəflətən pisləşib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam yeməyindən sonra Nəcəfovlar ailəsinin uşaqlarının halı pisləşib.

Halı pisləşən Elnur Nəcəfov, Əkbər Nəcəfov, Elnarə Nəcəfov və Xanpəri Nəcəfov ağır vəziyyətdə Lənkəran Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Ürəkbulama, qaytarma, başgicəllənmə və s. hallarla xəstəxanaya gətirilən uşaqlara ilkin yardım olunub. Həkimlərin səyi nəticəsində uşaqların vəziyyəti normallaşıb.

Ailə üzvləri bildiriblər ki, uşaqları halı pomidor turşusu yedikdən sonra pisləşib. İlkin ehtimala görə, onlar pomidor turşusundan zəhərləniblər. Müayinə götürülüb. Müayinənin nəticələrinə görə, uşaqlarda virus aşkarlanıb.

Hazırda uşaqlar həkim nəzarətindədir. Onların səhhətində ciddi problem yoxdur.

FOTO: Region TV

…read more

From:: ANS