Müğənni qızını üzə çıxardı (FOTO)

Dünya şöhrətli müğənni Kristina Aqilera körpə qızını üzə çıxardı. ANS PRESS-in məlumatına görə, müğənni 6 aylıq qızının ilk fotolarını yayıb.

Daha doğrusu müğənni qızı ilə birlikdə “People” jurnalı üçün fotosessiya etdirib. O, qızı Sammer Reyn ilə kamera qarşısına keçib.

Müğənni bunu Sevgililər günü ərəfəsində pərəstişkarlarına hədiyyə kimi təqdim edib.

Kristina Aqilera qızının çox hiperaktiv olduğunu və daima güldüyünü deyib.
“Onun gülüşündə mən ərimlə özümü görürəm”.

Jurnala müsahibəsində müğənni işlə ailənin birlikdə çətin olduğunu da etiraf edib. Amma ən əsası uşaqlar və evidir.

…read more

From:: ANS