ABŞ-da təyyarə qəzası: 4 ölü

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təyyarə qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Florida ştatının Mayami şəhərinin cənub-qərbində “Beechcraft-1990” tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayaraq parçalanıb. Qəza nəticəsində təyyarənin bortunda olan 4 nəfər həlak olub.

Təyyarənin Kendall hava limanından Terks və Kaykos adalarına uçduğu bildirilir. Lakin havaya qalxdıqdan bir neçə dəqiqə sonra Yerə düşüb. İlkin ehtimallara əsasən, qəzaya səbəb təyyarədə yaranan texniki nasazlığın olduğu qeyd edilir.

Bundan başqa, aviaqəzanın baş veridyi yerdə elektrikötürmə xətləri sıradan çıxıb və ərazidə yanğın meydana gəlib. Yüzlərlə ev işıqsız qalıb, əlavə zərərçəkən olmayıb. …read more

From:: ANS