Azərbaycanla Ermənistan ordusu müqayisə olundu (İNFOQRAFİKA)

Mərkəzi Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu fevralın 10-da yayılan “The Military Balance-214” hesabatında Azərbaycan və Ermənistan ordularını müqayisə edib.

ANS PRESS-in məlumatına görə, hesabata əsasən Azərbaycan ordusunun müasir avadanlıqlarla təchiz edildiyi deyilir.

“Azərbaycan müdafiə sahəsində NATO ilə əməkdaşlıq edir. Həmçinin Türkiyə ilə yaxın hərbi əməkdaşlığa malikdir. ABŞ da Xəzərdə təhlükəsizlik sahəsində Azərbaycana dəstək verir” – deyə hesabatda qeyd edilir.

Londonlu ekspertlər Ermənistan ordusunun Rusiya tərəfindən himayə olunduğunu bildirir. Lakin erməni KİV-i bunu ordunun Rusiyadan səriştə toplamaq cəhətdən üstünlük kimi qiymətləndirərək, dezinformasiya yayır. Təəsüf ki, açıq aydın göstərilən üstünlüyü erməni jurnalistləri boyunlarına almaqdan çəkinirlər. Lakin sənədə əsasən Azərbaycan və Ermənistan ordularının durumu aşağıdakı infoqragikada aydın göstərilir.

…read more

From:: ANS