Ağdamda əhali sayı açıqlandı

Ötən il Ağdam rayonunda əhalinin sayı 2,6 min nəfər artaraq 191 min nəfərə çatıb.

ANS PRESS-in məlumatına görə, əhalinin 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Bu barədə rayon statistika idarəsindən AzərTAc-a bildiriblər.

İl ərzində rayonda 2339 nəfər doğulub, 734 nəfər vəfat edib, təbii artım 1605 nəfər olub. Əhalinin hər min nəfərə düşən ümumi artım 13 nəfər, təbii artım 8,4 nəfər təşkil edib. Bu dövrdə rayona gələnlərin sayı 992 nəfər, gedənlər isə 287 nəfər olub. 1131 nikah bağlanıb, 225 boşanma qeydə alınıb.

Hazırda rayon əhalisinin 22,3 faizi şəhər, 77,7 faizi kənd yerlərinin payına düşür. Əhalinin sıxlığı bir kvadrat kilometrdə 174 nəfərdir. …read more

From:: ANS