Normand dördlüyü: tərəflər nə istəyir? (VİDEO)

Belarus paytaxtı Minskdə çərşənbə günü sülh danışıqlarının nəticələri gözlənildiyi halda Ukraynanın şərqində döyüşlər davam edir.

ANS PRESS-in məlumatına görə, Ukrayna lideri Poroşenko bu danışıqları regionda sülhə nail olunması üçün son şans kimi səciyyələndirib.

Lakin Ukrayna danışıqlarında iştirak edən tərəflərin qarşılarına qoyduqları məqsədlər fəqrlidir.

Ukrayna: Ölkədən qopmaq istəyən regionlarda mərkəzi hökümətin nəzarətini bərpa etmək istəyir. Bunun müqabilində ölkə Donetsk və Luqansk regionlarına daha yüksək özünüidarə statusu verməyə hazırdır. Üsyançı qüvvələrin tərksilah edilməsi, Rusiya qoşunlarının geri çəkilməsi, Kiyevin Ukrayna-Rusiya sərhədinə nəzarətinin bərpa edilməsi, əsirlərin mübadiləsinə nail olmaq Ukraynanın prioritet istəklərindəndir.
.
Rusiyapərəst üsyançılar: Əsas məqsəd -Ukraynanın qalan hissəsindən ayrılmaq, “DXR” və “LXR” qurumlarının tanınmasına nail olmaqdır. Onların tələbincə separatçı qüvvələr tərksilah olunmamalı, separatçı məhbuslara isə amnistiya verilməlidir.

Rusiya: Rusiyadilli əhali üçün Ukraynanın şərqində təminatlar verilməlidir. Federal system tərkibində Donetsk və Luqanskın tam muxtariyyətı təmin olunmalıdır. Krım Ukraynaya qaytarılmamalı;, Ukrayna qoşunları döyüş zonasından çıxarılmalıdır.

Aİ və ABŞ: Ukrayanın ərazi bütövlüyü təmin edilməli, Ukraynanın şərqində Rusiya müdaxiləsinə son qoyulmalıdır – Rusiya qoşunları və ağır hərbi texnika geri çəkilməli, Rusiya-Ukrayna sərhədinə və döyüşən tərəflər arasında demilitarizasiya edilmiş zonaya effektiv nəzarət edilməlidir eləcə də Donetsk və Luqanskda tam demokratiya şəraiti təmin olunmalıdır.

Qeyd edək ki, Minsk sammitində Ukrayna, Rusiya, Fransa və Almaniya liderləri iştirak edir. Bu sammitdən əvvəl daha aşağı səviyyəli kontakt qrupu formatında keçirilmiş danışıqlar nəticəsiz başa çatıb – həmin danışıqlar ATƏT vasitəçiliyi ilə rəsmi Kiyev və Ukraynanın şərqindəki rusiyapərəst üsyançıların nümayəndələri arasında aparılıb.

…read more

From:: ANS