Dəri əlcək ustalarımız döyüşə gedir

Fevralın 24-dən 28-ə kimi Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri keçiriləcək.

Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, sayca 66-cı dəfə təşkil olunacaq yarışda kişilər 10, qadınlar isə 5 çəki dərəcəsi üzrə gücünü sınayacaq.

Milli komandamız həm kişilərin, həm də qadınların turnirində çıxış edəcək. Məşqçilər Nəriman Abdullayev, Lazaro Ximenes Martines və Natiq Aslanovun rəhbərliyi altında Hacıbaba Fərziyev (49 kq), Araz imaməliyev (52 kq), Elvin İsayev (60 kq), Lorenzo Sotomayor (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Vətən Hüseynli (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlı (+91 kq) mübarizə aparacaq.

Qadınların turnirində Şamil Məhəmmədbəyov və İvan Yuşenkonun rəhbərliyi altında Yelena Vıstropova, Anna Əlimardanova, Yana Alekseyeva və Anaxanım Ağayeva iştirak edəcək.

Turnirdə ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edəcək.

Qeyd edək ki, yarış Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır. …read more

From:: ANS