Bütün gözlər Minskə dikilib

Belarusun paytaxtı Minskdə “Normand formatı” çərçivəsində keçirilən müzakirələr səhərə qədər davam edə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti administrasiyasının rəhbərinin müavini Valeri Çalıy bildirib.

O, bir neçə saat əvvəl sosial şəbəkədəki səhifəsində Ukraynanın cənub-şərqindəki vəziyyətin nizama salınması barədə gedən danışıqların hələ 5-6 saat davam edə biləcəyini yazıb.

“Minsk danışıqları hələ də davam edir. Təfərrüatlar müzakirə olunur. Ən azından bu müzakirə 5-6 saat çəkəcək. Belə düşünürəm” – deyə V.Çalıy bildirib.

Görüş artıq 10 saatdan çoxdur ki, davam edir.

Qeyd edək ki, “Normand formatı”nda Ukrayna, Rusiya, Almaniya və Fransanın liderlərinin iki dəfə görüşü olub, xarici işlər nazirləri isə 4 dəfə bir araya gəliblər. …read more

From:: ANS