Baş nazir bir müddət havada qaldı (FOTO)

Bolqarıstanın baş nazirinin olduğu təyyarə şassidə olan problemə görə yerə enə bilməyib.

ANS PRESS-in məlumatına görə, bu haqda yerli BGNES agentliyi xəbər verib.

Ölkənin baş naziri Boyko Borisovun olduğu təyyarə Sofiya aeroportunda yerə enə bilməyib.

Xəbərdə təyyarənin şassisində problem yarandığı və bunun yoluna qoyulması üçün xeyli işlər aparıldığı bildirilir. Lakin təyyarə sonda qəzalı eniş edib.

Bu haqda məlumatı mediaya baş nazirlə birlikdə təyyarənin içində olan şəxslərdən biri ötürüb.

…read more

From:: ANS