Gül tənqidlərə cavab verdi

Türkiyənin sabiq prezidenti Abdulla Gül hələ də dövlət iqamətgahından istifadə etməsinə görə edilən tənqidlərə cavab verib.

ANS PRESS-in məlumatına görə, Gül özünün rəsmi saytında tezliklə Tarabya adlanan iqamətgahı tərk edəcəyini açıqlayıb.

Sabiq prezident ona unvanlanan tənqidləri yersiz hesab edərək bildirib ki, yeni iqamətgahınının tikintisi başa çatandan sonra Tarabyadan köçəcək.

Gül dövlət əmlakından heç bir zaman sui-istifadə etmədiyini və prezident Ərdoğanın göstərişinə uyğun Tarabyada qaldığını deyib.

Türkiyənin sabiq prezidenti əlavə edib ki, dövlət iqamətgahlında yaşasa da bütün zəruri xərcləri özü çəkir. …read more

From:: ANS