Məşhur terrorçu Norveçi məhkəməyə verəcək

76 nəfərin ölümünə səbəb olmuş terrorçu Anders Breyvik Norveç hakimiyyətini məhkəməyə verəcək.

ANS PRESS-in məlumatına görə, Anders Breyvik saxlama şəraitindən narazıdır və onun fikrincə ona yaradılan şərait Avropa İnsan Haqları Konvensiyası ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, o, 2011-ci il iyulun 22-də Osloda partlayış törətmişdi. Hadisə nəticəsində 8 nəfər ölmüşdü. A.Breyvikin Uteyya adasında törətdiyi atışmada isə 69 nəfər həlak olmuşdu.

Bu terror aktlarına görə, Breyvikə 21 il həbs cəzası verilib. …read more

From:: ANS