Dubay polislərinin sürdüyü möhtəşəm bahalı maşınlar (VİDEO, FOTO)

Dubay Birləşmiş Ərəb Əmirliyində həm gözəlliyinə, həm turist sayına, həm də möhyəşəm tikililəri ilə digər şəhərlərdən fərqlənir.

Bunlardan başqa Dubay polisi təmtəraqlı avtoparklarıyla məşhurdur. Dubay polisi öz avtoparkını yeni və bahalı avtomobillərlə hər il zənginləşdirir.

Dubay polisləri “Aston Martin”, “Lamborghini”, “Bentley”, “Ferrari” kimi bahalı avtomobillər sürürlər. Bunların sırasına daha biri təmtəraqlı idman avtomobili – Lexus RC F ədaxil edilib.

Bəs, Dubay polisi maşınlara milyonlarla dollar niyə xərcləyir? “Motor Authority”in məlumatına görə, bütün bu iş turistlərə görədir. Təmtəraqlı avtomobillər turizmin inkişafı üzrə proqramın bir hissəsidir və əsasən, məşhur yerlərin patrul çəkilməsi üçün istifadə olunur.

Ekzotik korteji Burc-Xəlifənin göydələni ərazisində tez-tez görmək olar. Turistlərə maşınlarda oturmağı və şəkil çəkdirməyi təklif edirlər.

…read more

From:: ANS