Putin gəlmədən görüşəcəklər

Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Minskdə Rusiya prezidenti Vladimir Putinlə görüşənə qədər Ukrayna lideri Pyotr Poroşenko ilə ayaqüstü söhbət edəcək.

ANS PRESS-in məlumatına görə, bu haqda fransız nümayəndə heyətində mənbəyə istinadən Reuters agentliyi xəbər yayıb.

“Norman dördlüyü” çərçivəsində keçiriləcək görüşlə əlaqədar Fransa, Almaniya, Ukrayna və Rusiya liderləri artıq Minskdədir.

Danışıqlar Bakı vaxtilə saat 22.00-da başlayacaq.

Qeyd edək ki, Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalmaqdadır. Bölgədə şiddətli döyüşlər gedir. …read more

From:: ANS