Fond son göstəriciləri açıqladı (FOTO)

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Fonddan ANS PRESS-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan DSMF-nin sədri Elman Mehdiyev Azərbaycanda həyata keçirilən hərtərəfli inkişaf siyasətindən bəhs edib.

“Prezident İlham Əliyevin uğurla reallaşdırdığı müasir inkişaf strategiyası nəticəsində ölkəmizdə dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb, respublikamız inikişaf göstəricilərinə görə dünya ölkələri sırasında öncül mövqedə qərarlaşıb, beynəlxalq aləmdə nüfuzu durmadan möhkəmlənən etibarlı tərəfdaşa çevrilib”.

Respublikamızın müasir standartlara cavab verən, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sisteminin inkişafının 2014-cü ildə də davam etdirildiyini söyləyən E.Mehdiyev Fondun ötən il üçün büdcəsinin icrası haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, 2014-cü ildə Fondun gəlirləri 2013-cü ilə nisbətən 223,0 mln. manat və ya 8,3 faiz artaraq 2894,3 mln. manata yüksəlib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1744,9 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 mln. manat çoxdur.

2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və ya 134,4 mln. manat artıqdır. Qeyri-büdcə üzrə sosial sığorta daxilolmalarındakı əhəmiyyətli artım ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisidir və bu artım tendensiyası nəticəsində dövlət büdcəsindən DSMF-yə ayrılan transfertin xüsusi çəkisi azalıb.

Ötən il ərzində DSMF-nin xərcləri 2868,8 mln. manat təşkil edib və bunun da 2809,1 mln. manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2738,5 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 mln. manat təşkil edib. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2014-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik …read more

From:: ANS