Bu ölkənin prezidenti də Rusiyaya gəlməkdən imtina etdi

İsrail prezidenti Reuven Rivlin Moskvaya səfər edə bilməyəcək.

ANS PRESS-in məlumatına görə, bu haqda prezidentin xarici kütləvi informasiya vasitələri üzrə məsləhətçisi Ceyson Perlman açıqlama verib.

Belə ki, İsrail prezidenti Moskvada Böyük Vətən müharibəsində qələbənin 70-illiyi əlaqədar təşkil ediləcək tədbirdə iştirak edə bilməyəcək.

“9 mayda prezident təəssüf ki, Moskvada ola bilməyəcək”, – Ceyson Perlman bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Barak Obama və Polşa prezidenti Bronislav Komorovski Moskvaya bayram tədbirinə gəlməyəcəyini bildirmişdi. …read more

From:: ANS