Kamran Ağayev “Kayserispor”u 1/4 finala daşıdı (VİDEO)

Bu gün Türkiyə kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, millimizin üzvü Kamran Ağayevin formasını geyindiyi “Kayserispor” doğma meydanda Super Liqa təmsilçisi “Beşiktaş”ı qəbul edib.

“Kayserispor” oyunun 39-cu dəqiqəsində Anil Tasdemirin 11-metrlik cərimə zərbəsindən vurduğu qolla “Beşiktaş”ı məğlub edib.

Kamran Ağayev start heyətində meydana çıxaraq komandasının növbəti mərhələyə adlamasında böyük rol oynayıb. Ağayev oyun ərzində bir neçə seyvi ilə yadda qalıb.

Milli qapıçının debütü uğurlu alınıb və klubu 1/4 final vəsiqə qazanıb.

…read more

From:: ANS