Vergilər Nazirliyinin yaradılmasından 15 il ötür (VİDEO)

Bu gün vergi işəçilərinin peşə bayramıdır. Vergilər Nazirliyinin yaradılmasından15 il keçir. Vergi işçiləri üçün bu il həm də xüsusidir. Çünki ölkənin dünyada baş verən hadisələrlə əlaqədar neftdən gələn gəlirləri aşağı düşdüyündən, büdcədə əsas yük Vergilər Nazirliyindən daxilolmaların üzərinə düşür. Statistika isə göstərir ki, nazirlik üzərinə düşən bu yükün öhdəsindən layiqincə gəlir!

Vergi müəyyən edilmiş qanun çərçivəsində dövlət tərəfindən təsərrüfat subyektlərindən və əhalidən alınan icbari ödənişdir. Bu, verginin necə deyərlər tərifidir. Sistemin tərifəlayiq işləməsi isə zamanla həllini tapan məsələdir və bu mənada qurumdan hələ gözləntilərimiz var.

Ümumilikdə isə Azərbaycanda da vergilər bütün dünyada olduğu kimi cəmiyyətin iqtisadi münasibətlərinin ən zəruri həlqəsini təşkil edir.

15 il əvvəl fevralın məhz bu günü prezident Heydər Əliyevin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin ləğv edilməsilə Vergilər Nazirliyi müstəqil qurum kimi fəaliyyətə başladı. Onun qarşısında duran əsas vəzifə ölkədə vergi siyasətini həyata keçirmək, vergilərin və digər ödənişlərin vaxtında və tam yığılmasını, dövlət büdcəsinə köçürülməsini təmin etmək idi. İllər öz sözünü dedi. Aparılan islahatlar və kompleks tədbirlər nəticəsində bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir vergi xidməti və vergi qanunvericiliyi bazası yaradılıb. Vətəndaşlara dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətləri təqdim olunur. Vergilərdə xidməti özü üçün prioritet seçənlərə də son illər yaşıl işıqdır. Hər halda, nazirliyin İnsan Resursları İdarəsinin rəisi Faiq Şahbazov belə deyir.

“2005-ci il aprel ayına qədər Vergilər Nazirliyində işə qəbul kortəbii formada aparılırdı. 2005-ci ildə möhtərəm cənab prezidentin müvafiq fərmanına uyğun, eyni zamanda TQDK-nın da yaxından iştirakı ilə artıq test formasına keçirilib. Və bu müddət ərzində 10-a yaxın müsabiqələr keçirmişik və nəticədə mindən yuxarı gənc Vergilər Nazirliyinə işə qəbul olunub”, – deyə Faiq Şahbazov bildirib.

Xüsusilə informasiya texnologiyalarının tətbiqinə görə Vergilər Nazirliyi digər dövlət qurumlarından fərqlənir. Hazırda vergi ödəyicilərinə 59 növ elektron xidmət təqdim edilir. Nazirliyin son uğurlarından olan “Elektron audit” və “Asan İmza” da vergi ödəyicilərinin rifahına hesablanıb.

Hazırda qurumun qarşısında …read more

From:: ANS