Gülən iddia etdi: “Üzr istəyəcəklər”

Türkiyədəki “Hizmet” hərəkatının ABŞ-ın Pensilvaniya ştatında yaşayan lideri Fəthullah Gülənin yeni videosu yayılıb. ANS PRESS-in məlumatına görə, bir müddətdir Türkiyə hökuməti ilə soyuq müharibə şəraitində olan hərəkatın lideri iddialı danışaraq, bu proseslər başa çatdıqdan sonra qarşı tərəfin üzr istəyəcəyini deyib.

F. Gülenə aid “herkul.org” saytında yayılmış “Dünəndən bu günə fitnələr və dəyər bilməz kimsələr” adlı video-söhbətdə qarşı tərəf şeytanla müqayisə olunur.

“Bütün bu olanlara dilsiz şeytan hissi ilə səssizcə tamaşa edirlər. Dinləyirlər deyil. Dinləsələr reaksiya verərdilər. İynə ucu ilə birinə toxunanda reaksiya verir. Fəqət elə ölüm səssizliyi var ki, reaksiya yoxdur”.

Gülən çıxışına mərhum istiqlal şairi Mehmet Akifin şeiri ilə davam edib:

His yox, hərəkət yox, acı yox… leşmi kəsildin?
Heyrət verirsən mənə, sən belə deyildin.
Qurtulmağa əzmin niyə bilməm ki, davamsız?
Özün mü sənin, yoxsa ümidinmi ürəksiz?

Gülən söhbətinin davamında bəzilərinin peşmançılıqla üzr istəyəcəyini iddia edib:

“Fırtınalar aczıq bitdiyi zaman, azcıq bahar yelləri əsməyə başladığı zaman, hətta gecədirsə yalançı sübh şəfəqi görünəcəyi zaman (bəziləri indidən başlamış) peşmançılıq və üzr mərhələsi başlayacaq Allahın izni və köməyi ilə. O zaman nümunəvi hərəkatın, nümunəvi camaatın mövqeyi təqdir ediləcək. Belə rəftarın gözəlliyi və söymənin millətimizə heç bir şey qazandırmayacağı aydın olacaq”. …read more

From:: ANS