Azərbaycanın ən gözəl oğlanı və qızı İstanbulda (FOTO)

Noyabrın 30-dan İstanbulda start verilən “Best Model of the World 2014” beynəlxalq model müsabiqəsində iştirak etmək üçün təmsilçilərimiz artıq İstanbuldadırlar.

ANS PRESS-in məlumatına görə, “Best Model of the World 2014”-də bu il ölkməzi təmsil edən 17 yaşlı modellerimiz Heydər İsgəndərov və Sima Şərafətdinova müsabiqənin finalına sayılı günlər qalmasına baxmayaraq, yüksək templə çalışırlar. Bu barədə yarışmanın milli direktoru, tanınmış təşkilatçı Aqil Məmiyev bildirib.

Təmsilçilərimizin müsabiqəyə ciddi şəkildə hazırlaşdığını vurğulayan A.Məmiyev, onu da əlavə edib ki, müsabiqənin prezidenti Erkan Özərman finalçılarımızı bəyəndiyini söyləyib.

Qeyd edək ki, promo-aksiyalar və kamp vaxtı finala kimi 10 gün ərzində davam edəcək.

…read more

From:: ANS