Uşaqlar üçün “Ağ siyahı”

Azərbaycanda uşaqların internet təhlükəsizliyi məsələsi daim diqqətdə saxlanılır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) ANS PRESS-ə verilən məlumata görə, RYTN tərəfindən uşaqların internet təhlükəsizliyi üzrə “Ağ siyahı”nın (“white list”) hazırlanması nəzərdə tutulur.

“Ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb saytlar daxil ediləcək.

Eyni zamanda, uşaqlar üçün zərərli hesab olunacaq məzmunda veb saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər ediləcək. …read more

From:: ANS