Külək minarəni belə aşırdı (VİDEO)

Türkiyədə güclü külək nəticəsində məscidin minarəsi aşıb.

ANS PRESS-in məlumatına görə, hadisə İzmirdə baş verib. İki gündür davam edən qar və qasırğa şəhərdə bir çox fəsadlara səbəb olub.

Saatda 100 km sürətlə əsən külək son olaraq Bayraklı rayonundakı bir məscidin 36 metr uzunluğundakı minarəsini aşırıb.

Ətrafda olan vətəndaşlar mobil telefonları ilə hadisəni çəkə biliblər. Minarə aşaraq ətrafdakı evlərin üzərinə düşüb. Xoşbəxtlikdən həmin evlərdə heç kim olmayıb və böyük bir faciənin qarşısı alınıb.

Xatırladaq ki, bir necə gün öncə Afyonkarahisar şəhəri Sinanpaşa rayonunun Kılıçaslan bölgəsində də bənzər hadisə baş vermişdi Bir məscidin hər biri 40 metr olan 2 minarəsi aşmışdı.

Həmin dəhşətli görüntünü təqdim edirik:

…read more

From:: ANS