Çenin qızı Ebola ilə savaşır

Kubanın milli qəhrəmanı Ernesto Çe Qevaranın qızı dünyanın ən böyük bəlalarından birinə çevrilən Ebola virusundan danışıb.

ANS PRESS-in məlumaıtna görə, Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olan inqilabçı Çe Qevaranın həkim qızı Aleyda Qevara xüsusilə Afrika əhalisi üçün dəhşətə çevrilən Ebola virusundan söz açıb.

O, Ebola virusunun heç də yoxsulluqla əlaqəli olmadığını vurğulayıb. Onun fikrincə, bu, təbiəti, ətraf mühiti məhv etməkdən, planetimizə vurduğumuz zərərlərdən irəli gəlir.

Ebola virusunun dəqiq mənbəyi məlum deyil. Lakin əksər elm adamlarının gəldiyin qənaətə görə, meyvə ilə qidalanan bir yarasa növünün virus daşıyıcısı olduğu bildirilir.

Doktor Aleyda Qevara kubalı həkimlərin sadəcə xəstələri yaxşılaşdırmağa çalışmadıqlarını, eyni zamanda virusun yenidən təkrarlanmaması üçün tədbirlər gördüklərinin deyib.

Qeyd edək ki, Ebola virusu ilk olaraq 1976-cı ildə Konqo Demokratik Respublikasında üzə çıxıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, bu günədək virusdan ölənlərin sayı 7 mindir. …read more

From:: ANS