Avropa Xocalı soyqırımını tanıyacaq

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nəzdindəki “Şuşaya Azadlıq” kompaniyası çərçivəsində yaradılan Media İşçi Qrupu Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı silsilə tədbirlər planlaşdırıb. Qrup tərəfindən “Şuşaya Azadlıq: sosial mediadan istifadə edərək təbliğatın gücləndirilməsi” layihəsi çərçivəsində sənədli film və kitab nəşrinə başlanılıb.

ANS PRESS xəbər verir ki, Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərin başına gələnlərdən bəhs edən Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabı alman dilinə tərcümə olunub. Kitab nəşr edildikdən sonra alman dilində danışan bütün ölkələrdə kitab mağazalarına, Almaniya parlamentinə, xarici ölkə QHT-lərinə, beynəlxalq təşkilatlara, dövlət qurumlarına göndəriləcək.

Bundan əlavə, layihə çərçivəsində həmin kitabın motivləri əsasında 10 dəqiqəlik sənədli film də çəkilib. Filmin Xocalı soyqırımı ərəfəsində Türkiyə, Almaniya və İngiltərədə dilində təqdimatı olacaq.

Xocalı soyqırımının ildönümü ərəfəsində bir sıra ölkələrin mətbautında mövzuya aid məqalələrin dərci haqqında razılıq əldə olunub.

Ötən ildən başlayan layihənin icrası müddətində İşçi Qrup üzvləri tərəfindən sosial şəbəkələrdə də müəyyən işlər görüb, Qarabağa həsr olunmuş FOR HUMANİTY səhifəsi yaradılıb, burada müəyyən məsələlərin müzakirəsinə başlanılıb. Səhifəyə müxtəlif dillərdə Dağlıq Qarabağ mövzusunda xəbərlər yerləşdirilir.

Bu müddət ərzində Media İşçi Qrup üzvləri ictimaiyyətin bir sıra fəal üzvləri, dövlət orqan rəhbərləri, QHT nümayəndələri ilə görüşlər də keçiriblər. Qarşıdakı aylarda mövzu ilə əlaqədar yeni videoroliklərin çəkilməzi nəzərdə tutulub. Bəzi səbəblərdən görülən işlərin bir qismi, layihənin konturları barədə məlumat tam açıqlanmır.

Xatırladaq ki, İşçi qrup üzvü olan Parlament Jurnalistlər Birliyinin (PJB) təşəbbüsü ilə Türkiyədə Kəlbəcərdə Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımızla bağlı geniş kampaniya keçirib. Həmçinin, işçi qrup adından Azərbaycan Prezidentinin Fransa səfəri ərəfəsində girovlarla bağlı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinə, Avropadakı beynəlxalq qurumların rəhbərlərinə girovlarla bağlı müraciət olundu, ata-bablarının qəbrini ziyarətə gedənlərin Ermənistan tərəfindən girov götürülərək “diversant” kimi qələmə verilməsinin yolverilməzliyi diqqətə çatdırılıb.

Bundan əvvəl cəbhə xəttində atəşkəsin ciddi pozulduğu bir mətbuatda yanlış xarakterli informasiyaların getməsinin qarşısı alınıb. Həmin vaxt PJB-nin Azərbaycan mediasına müraciəti böyük dəstək qazandı. Paralel olaraq Müdafiə Nazirliyinə müraciət olundu, 4 gün ərzində 10 jurnalist …read more

From:: ANS