“Qara qartallar” yenidən zirvədə (VİDEO)

Türkiyə superliqasında 11-ci tura yekun vurulub.

ANS PRESS-in məlumatına görə, turun son oyun günündə daha iki qarşılaşma baş tutub.

“Beşiktaş” səfərdə “Karabükspor” üzərində qələbə əldə edib. Slaven Biliçin yetirmələri rəqibini 1:2 hesabı ilə məğlub edərək, liderliyi “Qalatasaray”ın əlindən alıb.

“Trabzonspor” isə evində “Gənclərbirliyi”nə qalib gəlib – 4:1.

1 dekabr / Türkiyə superliqası, 11-ci tur:

“Karabükspor” – “Beşiktaş” – 1:2
Qollar: Demba Ba, 53, 55 (0:2), M.Çağıran, 83 (1:2)

“Trabzonspor” – “Gənclərbirliyi” – 4:1
Qollar: Kardozo, 8 (1:0), Özer, 31 (2:0), Kardozo, 40, 66 (4:0), Çelik, 73 (4:1)
…read more

From:: ANS