80 yaşlı qatil 27 yaşlı nişanlısını atdı (FOTO)

Dünyanın ən qatı qatillərindən biri evlənmək fikrindən daşınıb. Silsilə qətllərdə ittiham edilərək həbs edilən 80 yaşlı Çarles Manson 27 yaşlı nişanlısından ayrılıb.

ANS PRESS-in məlumatına görə, Manson “Star” ləqəbli Afton Elaine Burton ilə həbsxanada evlənməyi planlaşdırmışdı. Onun evlilikdən yayınmasına səbəb isə gənc qızın əsl niyyətini öyrənməsi olub.

Qatı cinayətkar 27 yaşlı “star”ın onun cəsədini ələ keçirmək istədiyini iddia edib.

Jurnalist Daniel Simon “New York Post”a açıqlama verib. “Burton, evlənsələr Mansonun cəsədini ələ keçirəcəyinə inanırdı. O cəsədi Los Ancelesdə açacağı muzeyində sərgiləmək istəyirdi. Qatı cinayətkarın cəsədini görmək istəyənlərin verəcəyi pulla isə zəngin olacağını düşünürdü”.

…read more

From:: ANS