Bakı 15 gəzməli şəhərdən biridir

Azərbaycanın paytaxtı növbəti dəfə turistlər üçün cəlbedici məkan kimi qiymətləndirilib.

ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, son illər yenilənən və inkişaf edən paytaxt Bakı şəhəri bu dəfə də nüfuzlu turizm saytı olan www.ucityguides.com-da turistlər üçün cəlbedici məkan olaraq dəyərləndirilib.

Məqalədə 2015-ci ildə ziyarət edilməli olan 15 şəhərin siyahısı təqdim edilib. Sözügedən siyahıda Bakı şəhərinin adı da yer alıb.

Bakının ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi, Dünya İrsi siyahısında olan İçərişəhər və müasir Alov qüllələri paytaxtı ziyarət etmək səbəbləri kimi qeyd olunub. …read more

From:: ANS