Müəmmaya aydınlıq gəldi (FOTO)

Ətrafı toz-duman bürüyüb. Uçurulan evlərin divarları, ətrafa yayılan ağır texnikanın səsi qulaqları batırır.

Bütün bunlar “Sovetski” adlanan ərazidəki evləri söküntüsü zamanı baş verir. ANS PRESS-in məlumatına görə, “Sovetski”də qulaq batıran təkcə ağır texnikanın səsi deyil.

Son vaxtlar yayılan söz-söhbətlərə görə, “Sovetski” ərazisində aparılan söküntülərdə evləri dağıdılan sakinlərə ayrılan kompensasiya verilmir. Yayılan şayiələrə görə, guya dövlət büdcəsində vəsait olmadığı üçün əhaliyə pul verilməsi yubanır.

Məsələyə aydınlıq gətirmək üçün Yasamal Rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakiminin başçısının I müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamovun ANS PRESS-ə verdiyi məlumata görə, səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

“Sovetski” dövlət başçısının təşəbbüsü ilə şəhərin mərkəzində on illər boyu qəzalı, yarıuçuq mənzillərdə yaşayan 50 minə yaxın insanın mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bir layihədir. Bu layihə bəzilərinin öz istədikləri və qələmə verdikləri kimi deyil. Layihənin icrası hər hansı bir ərazinin boşaldılması və gələcəkdə hansısa məqsədlər üçün istifadə edilməsinə xidmət etmir. Prosesin gedişində heç bir fasilə yoxdur. Əksinə, müəyyən irəliləyişlər var. Bu günə qədər artıq 6 892 mənzilin sənədləşmə işi yekunlaşıb. Yəni bu sahədə ümumi işin 65 faizi başa çatdırılıb. 2315 ailə artıq mənzillərini sataraq köçüb. 2290 mənzil sökülüb. Sakinlər onlar üçün ayrılan kompensasiyanı tamamilə alıblar”, – deyə Səməd İslamov bildirib.

Qurum rəsmisi bildirib ki, əvvəllər prosesdə müəyyən problemlər yaranmışdı: “Bəzi evlər sənəddə qeyd ediləndə çox sahəsi olan evlər vardı. Artıq problem həll olunub. Çalışırıq ki, heç bir sakin narazı qalmasın”.

“Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı işin həcminin həddən artıq böyük olduğunu vurğulayan S.İslamov bildirib ki, Köçürmə Komissiyasının işi tək evlərin satın alınması ilə yekunlaşmır.

“Sökülmüş evlərin əmlak reyestrindən silinməsi, minlərlə insanın həmin ünvanlardan pasport qeydiyyatından çıxarılması böyük zəhmət, vaxt və xüsusi diqqət tələb edir. Hesab edirəm ki, ötən müddət ərzində bizim ən başlıca nailiyyətlərimiz mənzillərin ölçülməsində, qiymətləndirilməsində və satın alınmasında şəffaflığı təmin edə bilməyimizdir. Əvvəldən axıra qədər bu tədbirlər mülkiyyət sahibinin və onun ailə üzvlərinin …read more

From:: ANS